U-19 yığmamızın da rəqibləri bilindi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
 
Newsport.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı yığmamız Lüksemburq, Belçika və İspaniya ilə birlikdə 8-ci qrupda yer alıb.
 
Seçmə mərhələdə hər qrupdan bir komanda elit mərhələyə yüksələcək. Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq.
 
Ev sahibi Slovakiya birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
 
Qarşılaşmalar 30 avqust - 16 noyabrda olacaq.
 
Qeyd edək ki, Azərbaycanın əsas milli komandası dünya çempionatının seçmə mərhələsində, U-17 yığması da Avropa çempionatının seçmə mərhələsində Lüksemburqa rəqib olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right