"Yalnız "Qarabağ"la görüşü düşünürük"

“Qarşıda “Qarabağ”la oyunumuz var. Qrupda birinci pilləni təmin etsək də, sona qədər oynayacağıq”.

Newsport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal”ın futbolçusu Pervis Estupinyan deyib.


Ekvadorlu müdafiəçi şəxsi Tvitter hesabındakı paylaşımında Ağdam klubu ilə qarşıdakı oyuna qədər La Liqa matçları haqda düşünməcələrini bildirib: “Qələbə qazanmaq üçün meydana çıxacağıq. İndi yalnız bu görüş haqda düşünürük. Yalnız bu oyundan sonra La Liqadakı qarşılaşmalarımıza köklənə bilərik”.

Qeyd edək ki, dekabrın 11-də qrup mərhələsinin sonuncu – 6-cı turunda keçiriləcək “Vilyarreal” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right