DÇ-2022: Azərbaycan millisinin rəqibləri məlum oldu Yenilənib

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Püşk zamanı 55 yığma 0 qrupa bölünüb Qrupların 5-də 6, 5-də 5 komanda yer alıb. Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 yığma birbaşa final, ikinci yerin sahibləri isə pley-offa vəsiqə əldə edəcək. 

Püşkdən öncə millilər FIFA reytinq sıralamasına əsasən səbətlərə bölünüb. Canni de Byazinin rəhbərlik etdiyi yığmamız  5-ci səbətdə yer alıb.

Millimiz püşkün nəticəsində Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburqla birgə A qrupunda mübarizə aparacaq.

Gələn il keçiriləcək 10 turdan ibarət seçmə mərhələyə martın 24-də start veriləcək. Pley-off oyunları isə 2022-ci ilin martında olacaq. 

DÇ-2022
Püşkatma

A qrupu:
 Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycam
 
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo
 
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
 
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan, 
 
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya
 
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova
 
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
 
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
 
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San-Marino
 
G qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right