“Qarabağ”da Mahir Emreli şoku koronavirusa yoluxdu

“Qarabağ”ın futbolçusu Mahir Emrelidə koronavirus aşkarlanıb. Newsport.az xəbər verir ki, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.
 
Emreli bu səbəbdən Avropa Liqasının 5-ci turunun “Makkabi” ilə matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.
 
Dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” (İsrail, Təl-Əviv) oyununa Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Matç ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq İstanbulda – “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.
 
“Qarabağ”da daha əvvəl Qurban Qurbanov, Rahil Məmmədov və Maksim Medvedevdə koronavirus aşkarlanmışdı.  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right