Ozobiç Azərbaycan millisində?

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan millisində çıxı edə bilər. 

Newsport.az-ın məlumatına görə, bu barədə Xorvatiyanın "Index.hr" saytı yazlb.

29 yaşlı xorvatiyalı futbolçunun Azərbaycan Premyer Liqasının son turunda  - "Neftçi"ylə qarşılaşmada (6:0) het-trik etdiyini vurğulayan mənbə onun millidə çıxışı üçün maneənin olmadığını bildirib. Bildirilir ki, 2016-cı ildən bəri Premyer Liqada çıxış edən Ozobiç gələn ilin martında Azərbaycanda 5 ilini tamamlayacaq. Bundan sonra o, yığmada oynamaq haqqı əldə edəcək.

2018-ci ildən "Qarabağ"da çıxış edən xorvatiyalı futbolçu daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right