UEFA-dan Asim Xudiyevə təyinat

Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev UEFA Millətlər Liqasında Belarus - Qazaxıstan matçına təyinat alıb.

Newsport.az-ın məlumatına görə, Xudiyev Aleksandar Stavrevin rəhbərlik etdiyi şimali makedoniyalı hakimlər briqadasının işinə qiymətləndirəcək.

Görüşdə UEFA nümayəndəsi isə lixtenşteynli Eduard Kindle olacaq.

14 oktyabr C Liqasının IV qrupunda Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda keçirirləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right