"Hər kəsi Azərbaycanın haqlı mövqeyi ilə tanış edirəm" - Branimir Subaşiç

Uzun illər Azərbaycanda forma geyinmiş, milli komandada çıxış etmiş Branimir Subaşiç cəbhədə baş verənlərlə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, serbiyalı keçmiş futbolçu ölkəmizə dəstəyini ifadə edib:

 
“Mən müharibə tərəfdarı deyiləm. Savaş heç kəsə fayda vermir. Bütün situasiyalarda müharibə pisdi. Ancaq mənim ürəyim Azərbaycanladı. Çünki Azərbaycan doğru olan tərəfdi. “Qarabağ” Azərbaycandı! Mən bununla bağlı Serbiyanın məşhur qəzetinə müsahibə də vermişəm. Hər kəsi Azərbaycanın haqlı mövqeyi ilə tanış edirəm. Ola bilər ki, dinimiz ayrıdı, ancaq bu situasiyada Azərbaycan tamamilə haqlıdı. Dəstəyimiz sizinlədi”.
 
“Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Qarabağ”da çıxış etmiş Subaşiç milli komandada 40 oyuna 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right