"Səviyyə öz sözünü dedi" Emin Mahmudov

"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray”a uduzduqları oyundan (1:3) sonra açıqlama verib.

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi məğlubiyyəti şərh edib:

"Layiqincə mübarizə aparmağa çalışdıq. Amma "Qalatasaray” şanslarından maksimum yararlandı. Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var. Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah