“Azərbaycan yaxşı rəqibdir” kiprli futbolçu

“Müsbətlərin mənfilərdən çox olduğu bir oyundan çıxmışıq”.

Newsport.az xəbər verir ki, bu sözləri Kipr yığmasının futbolçusu Konstantinos Laifis Millətlər Liqasının I turunda Monteneqro ilə keçirilən oyunu dəyərləndirərkən deyib. Belçikanın "Standard" klubunun üzvü yığmamız haqda məlumat topladıqlarını söyləyib:

“Monteneqro ilə matçın nəticəsindən məyus olsaq da, müsbət məqamlar da vardı. Gənc futbolçular klublardan milliyə hazır gəlməlidirlər. Bu baxımdan onların komandalarında müntəzəm oynamaladırlar.  Azərbaycan yaxşı rəqibdir. Sabaha qədər onlar barədə bacardığımız qədər məlumat toplamağa çalışacağıq. Əminəm ki, gənclərimizlə güclü Kipr yığması quracağıq”.

Qeyd edək ki, Nikosiyada keçiriləcək Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right