“Neftçi” Bakıda “Qalatasaray”la qarşılaşacaq Yenilənib

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi püşkatma nəticəsinə bu 3 komandadan biri ilə qarşılaşacaq: “Dinamo” (Moskva, Rusiya), “Qalatasaray” (Türkiyə),  “Kayrat” (Qazaxıstan).

Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində  atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq "Neftçi"nin rəqibi müəyyənləşib. Bakı klubu doğma meydanda "Qalatasaray"la üz-üzə gələcək. Qarşılaşma sentyabrın 17-də baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right