"Qarabağ"ın Çempionlar Liqasında rəqibi müəyyənləşir Yenilənib

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminə saat 14:00-da start verilib.

Püşkatmada Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub. Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alıb. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaqdı. Bunlar “Molde”, “Midtyulland”, “Ferentsvaroş”, “Omoniya” və Brest “Dinamo”su idi. Ağdam klubunun bəxtinə “Molde” düşüb. Azərbaycan çempionu növbəti rəqibini də doğma meydanda qəbul edəcək.

3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right