"Keşlə"nin qapıçısından 25-ci quru oyun

“Keşlə” klubunun qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 25-ci quru oyununu keçirib. Newsport.az xəbər verir ki, yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib. 
 
“Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. Namaşko buna 75-ci oyununda nail olub.
 
2014/15 mövsümündə AZAL-ın heyətində Premyer Liqada debüt edən qapıçı həmin çempionatda 3 quru oyun keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionat ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Stanislav Azərbaycan çempionatları tarixində 25 və daha çox quru matç keçirən 49-cu qapıçı olub.
 
Qeyd edək ki, bu göstəricidə rekord Rauf Mehdiyevə məxsusdur. O, 137 quru oyun keçirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right