Azərbaycan millisi Sloveniya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi yoldaşlıq görüşü keçirəcək.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Sloveniya ilə qarşılaşacaq.

Matç noyabrın 10-da Lyublyana şəhərində olacaq. Müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.

Xatırladaq ki, millimiz UEFA Millətlər Liqasının 2020/21 mövsümündə C Liqasının 1-ci qrupunda yer alıb. Canni De Byazinin komandası ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right