“Neftçi” və “Sumqayıt”ın rəqiblərinin istəyi qəbul olundu

“Neftçi” və “Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri olan Makedoniyanın “Şkupi” və “Şkendiya” komandalarının ölkə çempionatındakı növbəti oyunlarının vaxtı dəyişdirilib.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, klubların istəyini nəzərə alan yerli federasiya avqustun 23-nə planlaşdırılan qarşılaşmaların 2 gün tez keçirilməsinə icazə verib.

“Şkupi” səfərdə “Belasitsa”, “Şkendiya” isə “Makedoniya GP” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 27-də oynanılacaq “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” görüşlərinə saat 20:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right