Premyer Liqada yeni mövsüm nə vaxt başlayacaq? AFFA açıqladı

AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli iclasında 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılması barədə qərar qəbul edilmişdi.

 

Qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradıldı:

 

Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr
Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü
Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən
Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi
Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri

 

İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

 

PFL tərəfindən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right