Mübariz Mənsimov Tovuz istiqamətindəki döyüşlərdən yazdı

“Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdən yazıb.

Newsport.az-ın məlumatına görə, onun sosial şəbəkədəki hesabında bu barədə qeyd olunub:

“Üzücü xəbər aldım. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycanın 4 hərbçisi şəhid olub, 4-ü də yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralılara da Allahdan şəfa diləyirəm.

Şəhidlərimizin məkanı cənnətdir. Vətən üçün yaşayıb, vətən üçün öldünüz. Siz qəlblərə həkk olunsunuz. Tanrı Azərbaycan Ordusunu müzəffər etsin!”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right