Millimizin üzvü bir hissə oynadı

İspaniya 2-ci liqasında 37-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Albasete”  doğma meydanda “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib.
 
“Albasete” hazırda 44 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right