“Sabah”da yeni müdafiəçi

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” “Keşlə”dən ayrılan müdafiəçi Slavik Alxasovu transfer edib. Alxasovla 2+1 illik müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right