Prosineçki kimi futbol tarixinin ən yaxşı oyunçusu hesab edir?

Millimizin sabiq baş məşqçisi, hazırda "Kayserispor"u çalışdıran Robert Prosineçki dünya futbol tarixinin ən yaxşısı futbolçusu hesab etdiyi şəxsi açıqlayıb.

Newsport.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan xorvatiyalı mütəxəssis "Barselona"nın hücumçusu Lionel Messini ən yaxşı hesab edib: "O, illərdir "Barselona"da dəyişiklik etdi, mümkün olan hər şeyi qazandı, çoxlu qol vurdu. Messinin necə futbol oynadığı barədə isə danışmağa ehtiyac yoxdur.

Kimsə Maradona, Kriştiano Ronaldo və ya Ronaldo deyəcək. Onlar da çox yaxşı futbolçulardır, amma mənim üçün ən yaxşısı Leodur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right