UEFA-dan ÇL-lə bağlı təkzib

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliya “Yuventus”u ilə Fransanın “Olimpik” (Lion) klubları arasındakı cavab görüşünün avqustun 7-də keçiriləcəyinə dair xəbərlər rəsmi təsdiqini tapmayıb.
 
Newsport.az xəbər verir ki, UEFA-dan verilən məlumata görə, nəinki bu, digər təxirə salınmış oyunlarla da bağlı heç bir rəsmi qərar qəbul olunmayıb.
 
Qeyd edək ki, daha öncə Fransa təmsilçisinin prezidenti Jan-Mişel Olas bu oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlamışdı.
 
Xatırladaq ki, bu komandalar arasında ilk görüşdə Lion klubu “Yuventus”a qalib gəlib – 1:0.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right