Renat Dadaşovun üçün mənfi təsir

Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” yeni hücumçu transferinə hazırlaşır. Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brügge”nin forvardı Emmanuel Dennisə elçi düşüb.

Rəhbərlik “Arsenal” da maraq dairəsində olan Nigeriya millisinin üzvü üçün mövsümün sonunda 25 milyon avro ödəməyə hazırdır. İngiltərə mətbuatı bu transferin Renat Dadaşov və Leonard Kampanyanın inkişafına mənfi təsir edəcəyini vurğulayıb:

"İki oyunçu da U-23 komandasında yaxşı təsir bağışlayırlar və yayda ən əsas heyətə qoşulmağı gözləyirlər. Kampanya və Dadaşov hələ əsas komandada debüt etməyiblər. Lakin pis çıxış etmirlər. Ancaq Dennis transfersi bu iki gəncin ümidini öldürəcək".

Qeyd edək ki, “Vulverhempton”a ötən ilin yayında “Eştoril”dən keçən Renat Dadaşov İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right