Emil Balayev yenidən Qazaxıstanda oynaya bilər

"Zirə"nin qapıçısı Emil Balayev yenidən Qazaxıstan Premyer Liqasında oynaya bilər.

Newsport.az vesti.kz saytına istinadən xəbər verir ki, millimizin qapıçısının "Kaysar"a transferi mümkündür.  Bildirilib ki, Emilin "Zirə" ilə iyunun 30-na kimi müqavilə imzalaması onun yenidən ölkə xaricində oynamaq arzusundan xəbər verir.  "Kaysar"ın 26 yaşlı qapıçının yeni klubu ola biləcəyi vurğulanıb.Buna səbəb kimi isə komandanın avrokuboklara vəsiqə qazanması göstərilib. "Kaysar"ın baş məşqçisi Stoyço Mladenovin etibarlı qapıçıya ehtiyacı olduğu üçün tərəflərin müəyyən güzəştə getməli olduğu yazılıb.

Qeyd edək ki, E.Balayev 2019-ci ilin yanvarından bu ilin yanvarına kimi "Tobol"da oyayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right