Azərbaycanlı baş məşqçi və voleybolçular İndoneziyadan qayıda bilmir

"Odina Əliyeva, Nataliya Məmmədova və mən ölkəmizə qayıtmaq istəyirik". 
 
Newsport.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında İndoneziyanın “Cakarta” voleybol klubu ilə yollarını ayıran azərbaycanlı baş məşqçi Ziya Rəcəbov deyib. 
 
38 yaşlı mütəxəssis Azərbaycana qayıtmaq üçün bu gün İndoneziyadakı səfirliyə müraciət etdiyini bildirib: "Əvvəllər demişdilər ki, Dubaydan Bakıya çarter reysi olacaq. Amma indi bildirdilər ki, aprelin 20-dək heç bir uçuş həyata keçirilməyəcək. Uçuş olduqda bizə bir neçə gün əvvəldən dəqiq məlumat verəcəklərini söylədilər. O zaman biz də buradan Dubaya uçacaq, oradan isə Bakıya yollanacağıq. Hamımız evimizə getmək istəyirik". 
 
Baş məşqçi fürsətdən istifadə edərək Azərbaycanın İndoneziyadakı səfirliyinə təşəkkür edib: “Səfirlikdən mənə dedilər ki, buradan Azərbaycana getmək istəyən 17 nəfər var və onlar yalnız Dubaya getdikdən sonra ölkəyə qayıda bilərlər. Səfirliyə təşəkkür edirəm, 2-3 gündən bir bizimlə maraqlanırlar".
 
Rəcəbov koronavirusa görə İndoneziyadakı vəziyyətin normal olduğunu vurğulayıb: "Sadəcə bütün reyslər bağlanıb. Qabaqlayıcı tədbirlər görürlər və burada karantin müddəti də bitib. Hamı öz işi ilə məşğuldur, amma ehtiyatı əldən vermirlər. Buranın statistikası ilə maraqlanmamışam, amma, demək olar ki, ölüm çox azdır, yox səviyyəsindədir".
 

Qeyd edək ki, Ziya Rəcəbov "Cakarta" ilə müntəzəm çempionatın qalibi olub. Yarış koronavirus pandemiyası səbəbindən dayandırılıb və pley-off mərhələsi təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right