"Azərbaycan çempionatında səviyyə pis deyil" "Zirə"nin legioneri

"Zirə"nin müdafiəçisi Alvaro Ampuero ölkəsi Peru mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, 28 yaşlı oyunçu koronavirusun Azərbaycana təsirindən və gələcək karyerası barədə danışıb:

“Koronavirulsa bağlı Azərbaycanda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Kafelər və restoranlar bağlıdır. Bütün gün evdəyəm və vəziyyətin düzəlməsini gözləyirəm. 15 gündür məşqləri dayandırmışıq. Çalışırıq ki, evdə hazırlaşaq. Azərbaycan çemionatında səviyyə pis deyil. Premyer Liqa məni yaxşı mənada təəccübləndirdi. Açığı, belə gözləmirdim. “Zirə” ilə müqaviləm mövsümün sonuna qədərdir. Burada rahatam. Gələn il necə olacağını bilmirəm. Ümid edək ki, bütün dünyada koronavirus problemi həll olunacaq. Azərbaycanda yalnız inkişaf etmək barədə düşünürəm. Məncə, Avropada daha yaxşı yerlərə getmək üçün bura uyğundur. Azərbaycan çempionatı çox tanınmasa da, pillə-pillə irəli getmək fikrindəyəm”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah