Ramil Şeydayevin sabiq klubu fəaliyyətini dayandırdı

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.

 

Newsport.az xəbər verir ki, klub maliyyə böhranı səbəbindən bu addımın atıldığını bəyan edib:

 

"Klubun strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə söykənirdi. 2020-ci ildə klubun büdcəsi yay transferlərindən əldə olunacaq gəlirlə idarə ediləcəkdi. Bu yay bu gəlirin olması ehtimalı sıfırdır. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".

 

"Jilina" 1908-ci ildə yaranıb və 7 dəfə Slovakiya çempionu olub.

 

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə Jilina təmsilçisində icarə əsasında çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah