Monteneqro yığması millimizə qarşı hücum futbolu oynayacaq

Monteneqrolu yarımmüdafiəçisi Marko Bakiç üzvü olduğu milli komandasının Kipr, Lüksemburq və Azərbaycanla oynayacağı Millətlər Liqasının püşkatma nəticələrindən sevincini gizlətməyib. 

Newsport.az xəbər verir ki, 27 yaşlı futbolçu yığmasının Avropa çempionatının seçmə mərhələsindəki uğursuz çıxışını da qeyd edib. "Monteneqronun, xüsusən uzun bir seriyadan sonra kimsəni öz gücü ilə təhdid etməyə haqqı yoxdur. Axı, 2018-ci ilin oktyabrından sonra rəsmi matçlarda qalib gələ bilmirdi. Lakin C Liqasının birinci qrupunda Kipr, Lüksemburq və Azərbaycana qarşı mübarizə bizim üçün asan olacaq".

"Muskron"un yarımmüdafiəçisi hesab edir ki, millisi ciddi rəqiblərdən yayınmağı bacarıb: "Kosovo, Sloveniya və ya Şimali Makedoniyaya düşə bilərdik. Qrupdakı bütün rəqiblər bizə tanışdı. Bütün matçlarda "1 nömrə"ylə oynayacağıq". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right