Eriko da Silva “Səbail”in tarixinə düşdü

“Səbail” Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.

Newsport.az xəbər verir ki, bu, 19-cu turun “Neftçi” ilə səfər matçına təsadüf edib.

Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci heç-heçəsinə imza atıb – 1:1.

75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.

Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right