"Məğlubiyyətlər bizi sarsıdır" - Zaur Həşimov

“Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Keşlə” ilə oyundan sonra mətbuat konfransında deyib.

O, 0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdir. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddı".

 
Zaur Həşimov ardıcıl 3 oyunda uduzmalarını heyətin zəngin olmaması ilə əlaqələndirib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddır. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sona kimi vuruşacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right