Ayxan Abbasov: "Layiqli qələbə qazandıq"

Premyer Liqanın 16-cı turunda "Zirə"ni 2:1 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Oyuna yaxşı köklənmişdik. Futbolçularımıza azarkeşlərimiz qarşısında 3 xal qazanmaq istədiyimizi demişdik. Onlarda oyun planında inkişafı görürük. Düşünürəm ki, layiqli qələbə qazandıq. Təəssüf ki, yenə də əlimizə düşən şansları qola çevirməkdə çətinlik çəkirik. Nəticədən əlavə, yoxlama matçlarında istədiyimiz oyunu çempionat qarşılaşmalarında göstəririk. Gənclərimiz də inkişaf edir. Bu gün Nəbi Məmmədovun xidmətindən də yararlandıq. Sonda bütün azarkeşlərimizə bizi bu cür soyuq havada tək qoymadığı üçün təşəkkür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right