Adebayor üçün Azərbaycan iddiası

Ulduz futbolçu Emanuel Adebayor karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqolu oyunçunu istəyənlər arasında Azərbaycan klubları da var.
 
İddia edilir ki, bu yaxınlarda Super Liqa təmsilçisi “Kayserispor”la yollarını ayıran təcrübəli hücumçu hazırda klubsuzdur. Ancaq Adebayorun ölkəsinə dönmək fikri yoxdur. Belə ki, Türkiyənin ikinci liqası, Qazaxıstan və Azərbaycan klublarının oyunçu ilə maraqlandığı qeyd edilib. Xəbərə 36 yaşlı futbolçunun azad agent olduğu üçün ona kifayət qədər maraq olduğu da əlavə edilib.
 
Qeyd edək ki, Emanuel Adebayaor 2017-ci ildə “Başakşəhər”də çıxış edib. O, ötən il “Kayserispor”la razılığa gəlsə də, bu yaxınlarda klubdan ayrılıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right