Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu 2-ci yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gəlib. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub.