"Neftçi" bu transfer üçün təzminat ödəyəcək" - "Maşın Sazi"nin direktoru

İran liqasında mübarizə aparan “Maşin Sazi”nin direktoru Həsən Nəsirzadə komandanın kapitanı Saman Nəriman Cahanın “Neftçi”yə transferi barədə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Təbriz təmsilçisinin rəsmisi 28 yaşlı sağ cinah futbolçusu üçün Bakı klubundan təzminat alacaqlarını deyib:

“Nərimanı saxlamaq istəyirdik, amma onun üçün belə fürsətin nə zaman yaranacağını bilmədiyimiz üçün gedişinə razı olduq. Qarşı tərəf bu keçid üçün təzminat ödəyəcək. İlkin razılıq üçün onlar klubun hesabına müəyyən qədər məbləğ köçürdülər. Nərimana gələcək karyerasında uğurlar arzu edirik”.

“Neftçi” Saman Nəriman Cahanla 1,5 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right