"5:1 hesablı qələbənin təsadüf olmadığını göstərməliyik" Şkrinyar millimizlə oyun haqda

“İnanıram ki, qrupdan çıxacağıq. Ümid edirəm ki, nəhayət kimsə bizə kömək edəcək. Xatırlamıram ki, nə vaxtsa bu cür məqamda bəxtimiz gətirsin”.

Newsport.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin üzvü Milan Şkrinyar Avro-2020-nin seçmə mərhələsində yığmamızla keçiriləcək oyun öncəsi deyib.


Milan “İnter”inin müdafiəçisi Slovakiya mətbuatına açıqlamasında yığmamızla görüşün asan olmayacağını bildirib: “Azərbaycanla oyuna qələbə istəyi ilə çıxacağıq. Amma bu, heç də asan olmayacaq. Düzdür, Bakıda 5:1 hesablı asan qələbə qazandıq. Ancaq həmin görüşdə istədiyimiz hər şey alınmamışdı. Buna görə də 5:1 hesabının təsadüfi olmadığını göstərməliyik. Azərbaycanla oyunun çətin olacağını bilirik, amma qrupda 2-ci yeri tutub, Millətlər Liqasının pley-offunda iştirak etmədən Avropa çempionatına yollanacağımıza ümid edirik”.

Xatırladaq ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right