Milli Bəhreynə qalib gəldi Yenilənib

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. 

Newsport.az xəbər verir ki, millimiz Bəhreyn yığması ilə üz-üzə gələcək.

Bəhreyn Milli Stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Budapeştdə Macarıstanla qarşılaşacaq Nikola Yurçeviçin çalışdırdığı kollektiv Bəhreynə qalib gəlməklə rəsmi oyuna yaxşı əhvalla çıxmağı hədəfləyib. Amma millimizin heyətində bəzi itkilər var. Belə ki, Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayevlə Mahir Emreli zədəlidi. Qara Qarayevin də zədə səbəbindən Bəhreyndə meydana çıxması sual altındadı.

Azərbaycan və Bəhreyn milliləri indiyə qədər iki dəfə üz-üzə gəlib və millimizin qələbəsiylə başa çatıb. Komandamız bu rəqibini 2008-ci ildə Manamada 2:1, 2012-ci ildə isə Bakıda 3:0 hesabıyla üstələyib.

Yoxlama oyunu
9 oktyabr

20:30. Bəhreyn - Azərbaycan 2:3

Qollar: Rahman, 31, Ahmed, 68 - Rüfət Dadaşov, 41, Təmkin Xəlilzadə, 62, Ramil Şeydayev, 70





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right