Uelsin hücumçusu Azərbaycanla oyunu buraxacaq

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasında bir futbolçunun yoxluğu məşqçilər korpusunu narahat edir. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Devid Bruks zədədən əziyyət çəkir.

Dizindəki zədə ucbatından artıq bir müddətdi klubu "Bornmut"da da oyunlara çıxmayan 22 yaşlı hücumameyilli oyunçu bu ay seçmə mərhələnin Slovakiya və Xorvatiya ilə keçiriləcək oyunlarını buraxacaq.

Baş məşqçi Rayan Giqqz aparıcı oyunçusunun hətta seçmə mərhələni baş vurmaq şansının da böyük olduğunu söyləyib: "Devidin hələ bir ay fərdi məşqlər, bərpa hazırlığı keçməsi gözlənilir. Hətta noyabr ayında sağalsa belə, uzun müddət oynamadığı üçün formada olmayacaq. Dönüşü noyabra gözlənilir. Ancaq dərhal da milliyə çağırmağı düşünmürük. Bu üzdən Uiksin gələn ay Azərbaycan və Macarıstanla keçiriləcək son matçlarda iştirakına inanmıram".

Qeyd edək ki, Uels yığması noyabrın 16-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right