“Zirə” ən çox “sülh” bağladığı rəqibə qarşı

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, “qartallar” 6-cı tur çərçivəsində “Keşlə” ilə üz-üzə gələcək. Bu, iki komanda arasında 17-ci matç olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. “Keşlə” “Zirə”nin ən çox sülhlə ayrıldığı klubdu.

Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda “Zirə” qələbə qazanıb. Zirəlilər bu görüşlərdə iki top fərqilə qalib gəlib. “Qartallar”ın bombardiri Xulio Sezar Rodriqes bu rəqiblər oyunları qolsuz tərk etməyib.

Paraqvaylı “Keşlə” ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudur. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. “Zirə” arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdi – 17:15.

“Keşlə”nin meydanında 9-cu dəfə qonaq olacaq “qartallar” səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran “Zirə” futbolçuları eyni sayda qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right