"Yığmadan istədiyimi tam ala bilmirəm" Joze Alesio

Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində bu gün Qazaxıstanla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silvanın azfutzal.az-a müsahibə verib. Newsport.az xəbər verir ki, braziliyalı mütəxəssis komandasının 2:5 hesablı məğlubiyyətini şərh edib.

- Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Başlanğıcdan razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Tyaqo və Kardoso bundan istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də, ikinci qolu qeyd edərdim. Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Onların oyundan qopmamasına çalışdıq. Fasilədə hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu, qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim. İqita görüş ərzində beşinci oyunçu funksiyasını yerinə yetirir, sürətin düşməsinə imkan vermir. Bu, Qazaxıstan üçün ayrıca üstünlükdü.

- Turnir komandamıza nə verdi?

- Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimizin hamısı FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardı. Onlarla qarşılaşmalar səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı.

- Millimiz dünya çempionata hazırdı?

- Xeyr, hələ tam hazır deyilik. Daha doğrusu, mən istədiyimi tam ala bilmirəm. Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirə müəyyən səbəblərdən tam heyətlə gələ bilmədik. Bakıdakı toplanışa və rəsmi oyunlara qədər bunu həll edəcəyik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah