"Neftçi" azarkeşləri yenə istefa tələb etdi

"Neftçi"nin bir qrup azarkeşi Premyer Liqanın V turunda "Keşlə" ilə matçdan sonra klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordinin istefaya səsləyib.

Newsport.az-ın məlumatına görə, "Keşlə" ilə bacarmayan "ağ-qaralar"ın fanatları ikinci hissənin ortalarından sona qədər istefa şüarlarını səsləndirib. Oyunun sonlarına yaxın "Kamran istefa" şüarları da eşidilib.

"Neftçi"nin azarkeşləri Premyer Liqanın ilk turundan etiraz edir, istefa tələb edirlər. "Forza Neftçi" I turda "Sabah"la oyundan sonra tribunadan çəkilib.

"Neftçi" 5 turdan sonra 5 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right