"Futbolçularda inam gördüm" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın V turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis qələbəni şərh edib:

"Bu gün soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək buraxmadılar, onlara ehtiyacımız var idi. Əsl azarkeş olduqlarını nümayiş etdirdilər. Digər tərəfdən, futbolçularımıza təşəkkür edirəm. Önəmli həftə idi. Futboçularda o inamı, istəyi görürdüm. Yaxşı qalibiyyət oldu. Hava şəraitnə baxmayaraq, komandamız yaxşı, istəkli oyunla 3 xalı qazandı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right