Fərid Nəbiyev: "Evdə 0:3 hesabı ilə uduzmaq çox pis təsir edir"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsinin üçüncü oyununda evdə Gürcüstana 0:3 hesabı ilə uduzub.
 
Oyundan sonra Azərbaycan millisinin üzvü Fərid Nəbiyev jurnalistlərə müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir:
 
- Slovakiyaya qalib gəldikdən sonra yığma Gürcüstana niyə uduzdu?
- Yəqin ki, oyuna yaxşı köklənə bilmədik. Demək olar ki, çox pis oynadıq. Bəzi epizodlarımız oldu. Arxada çox oturduq, komanda özünə inanmadı. Bu rəqiblə oynamaq olardı, amma bizə nə oldu, bilmirəm. Geri çox çəkildik və oyunumuz istənilən kimi getmədi. Gürcülər də bundan istifadə elədi.
 
- Slovakiya ilə oyundan sonra futbolçularda eyforiya var idi, yoxsa yorğun idiniz?
- Eyforiya deməzdim, yorğunluq bir az var idi. Buna baxmayaraq, Gürcüstan bizdən qat-qat güclü rəqib deyildi. Biz gürcülərlə oynaya, hətta qələbə də qazana bilərdik, ancaq alınmadı.
 
- Göz yaşlarını saxlaya bilməyən futbolçular da var idi. Qələbəyə bu qədər inanırdınız?
- Əlbəttə, evdə bu rəqibi məğlub etmək istəyirdik. Evdə 0:3 hesabı ilə uduzmağımız çox pis təsir edir. Bizim üçün çox ağırdır. Olan oldu, nə etmək olar? Qarşıya baxmaq lazımdır.
 
- Hacıağa Hacılının 49-cu dəqiqədə qırmızı vərəqə alması oyununuza nə dərəcədə təsir elədi?
- Onsuz da 11 nəfər olanda arxaya çəkilmişdik. Qırmızı vərəqə lap pis təsir elədi. Məcbur olduq ki, tam arxada qalaq. Hücumlara rahat çıxa bilmirdik. Deyiləsi söz yoxdur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right