"Qarabağ"da növbəti itki

“Qarabağ” daha bir itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Maksim Medvedev zədələnib. Onun adı Azərbaycan Premyer Liqasının 2-ci turunda hazırda “Qəbələ” ilə keçirilən matçın iştirak ərizəsinə daxil edilməyib.

Məlumatı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Bildirib ki, təcrübəli müdafiəçinin Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə cavab oyununda meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Qeyd edək ki, “Qarabağ”ın “Linfild”lə matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, “Qarabağ”ın digər müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçi Filip Ozobiç də zədəlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right