İlk qolunu "Qarabağ"a vuran futbolçunun maaşı artırılır

"Arsenal" ötən ilin yayında "Loryen"dən transfer etdiyi Matteo Qenduzi barədə yeni qərar qəbul edib. Newsport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanacaq.

"Topçular" fransalı ilə uzunmüddətli sözləşmə imzalayacaq. Yeni müqavilənin müddəti 5 ili əhatə edəcək. Hazırda həftəlik qazancı 40 min funt-sterlinq olan Qenduzinin məvacibi 70 min funta yüksəldiləcək.

Qeyd edək ki, Matteo Qenduzi "Arsenal" karyerasında ilk qolunu ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la görüşdə vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah