"Qanuna qarşı çıxmalı deyilik" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün açılış - "Keşlə" - "Qarabağ" (0:1) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə47 yaşlı mütəxəssis əvvəlcə qələbəni şərh edib:

- Çətin oyun oldu. Sıx qrafikdəyik. Futbolçularımı həddindən artıq gərgin qrafik gözləyir. Nəticədən çox, futbolçularımın sağlam olması əsasdı. Diqqətli olmalıyıq. 1 qolla qalib gəldik. Futbolçularımı təbrik edirəm. Onlarda bir az psixoloji gərginlik var idi. Bizim üçün vacib qələbə oldu.

– “Linfild”lə oyunda zədəli futbolçuların yerini doldurmaq üçün bu matç nə material verdi?
– Futbolçuların bəzilərinə istirahət vermişdim. “Linfild”lə oyuna görə yox, sadəcə son oyunda çox yorulmuşdular. Riçard Almeyda və Rahil Məmmədovun Avropa Liqasının oyununda cəzalı olduğu üçün bu qarşılaşmada oynatdım.

– İsmayıl İbrahimlinin çıxışını necə dəyərləndirirsiz?
– İsmayılı təbrik edirəm. Meydanda özünü idarə edə bildi. Limitdə olan futbolçularımız var. Qol vurması o demək deyil ki, daim əsas heyətdə oynayacaq. Başqa futbolçulara da şans verəcəm.

– Mahir Emrelidən sonra Abdullah Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudu?
– Bu haqda heç bir məlumatım yoxdu.

– Çempionatdakı limitin dəyişdirilməsinin vaxtı olduğunu düşünürsüzmü?
– Hər bir klubda hazırda limitə görə problemlər var. Futbolçulara da faydası olar, ancaq çətinlik çəkirik bu məsələdə. Hər halda, qanuna qarşı çıxmalı deyilik. Elə düşünməliyik ki, belə problemlər olmasın.

– “Linfild”i analiz etmisizmi?
– Məlumat toplamışıq. Sabahdan daha ciddi hazırlaşacağıq.

– Ötən mövsümün autsayderinin bu günkü çıxışını necə dəyərləndirirsiz?
– Bizim üçün asan olmadı. Yeni futbolçular gətiriblər. Bunlar nəticə verə bilər. Təcrübəli müdafiəçiləri var. Ötən illə müqayisədə bu il daha yaxşı olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right