"Azərbaycanda çempionatın səviyyəsi yaxşı deyil" - yunan futbolçu

"Azərbaycandan təklif gələndə əvvəlcə tərəddüd etdim. Bakını görəndən sonra isə qərarıma görə peşman olmadım. Çox gözəl şəhərdir. Orada az yaşasam da, əla vaxt keçirdim".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Keşlə"nin sabiq yarımmüdafiəçisi Georgios Georgiadis Yunanıstan mətbuatına müsahibəsində deyib. Ötən mövsümün qış fasiləsində Bakı klubundan ayrılan 31 yaşlı futbolçu Azərbaycan Premyer Liqası haqda da danışıb:

 

"Azərbaycanda çempionatın səviyyəsi ortababdır, elə də güclü deyil. Yalnız "Qarabağ" və "Neftçi" istisna olmaqla, digər klublar orta səviyyəlidir".

 

Qeyd edək ki, Giorgiadis ötən ilin sentyabrında "Keşlə"yə transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right