"Qarabağ"da Filip Ozobiç şoku - Ağdam klubunda ciddi itkilər

UEFA Çempionlar Liqasında yoluna davam edən "Qarabağ"da ciddi itkilər var.

Newsport.az-ın əldə etdiyi məlumata görə, ÇL-in II təsnifat mərhələsinin "Dandolk"la cavab görüşündə ciddi zədə alan Filip Ozobiçin durumu ürəkaçan deyil. Müayinədən keçən xorvatiyalı yarımmüdafiəçidə dizətrafı sümüyündə qırıq aşkarlanıb. 28 yaşlı futbolçu bu səbəbdən əməliyyat olunacaq. Onun uzun müddət komandaya kömək etməyəcəyi gözlənilir.

Bundan əlavə, Bədavi Hüseynovun da APOEL-lə keçiriləcək ilk oyunu buraxacağı dəqiqləşib. "Dandolk"la görüşdə zədələnən Miçellə Maksim Medvedevin Kipr təmsilçisi ilə ilk matça yetişəcəyi gözlənilir.

APOEL - "Qarabağ" matçı avqustun 6-da, Nikosiya şəhərindəki GSP stadionunda keçiriləcək.Cütün cavab qarşılaşması avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right