"Qalib gəlmək sevindirir, lakin..." - Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün Türkmənistanın “Ahal” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları deyib:
 
“Bu gün futbolçularımızı meydanda ilk oyuna nisbətən çox saxladıq. Bu da bizim üçün vacib idi. Nəticəyə gəldikdə isə, qalib gəlmək sevindirir. Lakin üzərində çalışılası boşluqlar da var. Növbəti oyunlarda boşluqları aradan qaldırıb, çempionata hazır vəziyyətdə olmağa çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right