Aqollinin "Qarabağ" sevinci Foto

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" üzərində qələbəsinə sabiq futbolçusu Ansi Aqolli də biganə qalmayıb. Newsport.az saytı xəbər verir ki, albaniyalı müdafiəçi ağdamlıların onun həmyerliləri üzərində qələbəsini sosial şəbəkə vasitəsilə qeyd edib.

Belə ki, Nyu York küçələrində əlində "Qarabağ" forması ilə şəkil çəkdirən və üzərinə ürək şəkli yerləşdirən 37 yaşlı oyunçu təbrikini bu şəkildə çatdırıb. Ancaq onun bu davranışı ölkəsi Albaniyada birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Tiranada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" Bakıda 2:0 hesabı ilə qalib gələrək, II mərhələyə adlayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right