"Səbail"dən "Torpedo"ya

Ötən mövsüm bitdikdən sonra "Səbail"dən ayrılan Tamas Setsxaladzenin yeni klubu müəyyənləşib.

Newsport.az-ın yaydığı xəbərə görə, gürcü müdafiəçisi karyerasını ölkəsinin "Terpedo" (Kutaisi) klubunda davam etdirəcək. 22 yaşlı oyunçunun klubu Avropa Liqasının birinci təsnifat mərhələsində "Ordabası" ilə qarşılaşacaq.

Qeyd edək ki, Tsetsxaladze zədə səbəbindən ötən mövsüm heç bir rəsmi matçda oynamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right