Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

Futbol üzrə Latviya çempionatında 19-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Metta” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Azərbaycanlı futbolçulardan yalnız biri - Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq forvardı 55-ci dəqiqədə rəqib qapısına təyin olunan penaltidən yararlana bilməyib.

Turalla Elvinin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

“Dauqavpils” hazırda 20 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right