Frits Ştuxlik: “İnkişaf etmək üçün daha çox çalışacağıq”

CORE kurslarında uğrula iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək CONCACAF turnirinə təyinat alıb.

Newsport.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib:

“Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidir. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün  daha çox çalışacağıq”. (AFFA)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right